İŞİD terror təşkilatına qoşulmuş Tacikistan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) keçmiş komandiri Gülmurad Xalimovun 4 yaxın qohumu öldürülüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, öldürülənlərdən 2-si G. Xalimovun qardaşı, 2-si isə qardaşı uşaqlarıdır. Onlar ölkənin cənubunda hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərməyə cəhd edərkən öldürülüblər.
G. Xalimov 2015-ci ildə İŞİD-ə qoşulub. O, Suriyada öldürülüb.