Bank Of Baku

Ermənistan müxalifəti: Avrasiya İqtisadi İttifaqı ölkəmizə fayda verməyəcək

Ermənistan müxalifəti: Avrasiya İqtisadi İttifaqı ölkəmizə fayda verməyəcək
# 25 dekabr 2014 12:40 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Avrasiya İqtisadi İttifaqına qoşulmaq Ermənistana fayda verməyəcək”.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın “İrs” partiyasının sədr müavini Armen Martirosyan deyib.  

 

O, hökumətin bu quruma qoşulmaqla, öz gücünü qorumaq niyyətində olduğunu bildirib.

 

“Avrasiya İqtisadi İttifaqına qoşulduqdan sonra ölkəmiz təhlükəsizlik baxımından heç nəyə nail olmayıb. Bu gün biz Rusiya-Azərbaycan siyasi-hərbi əməkdaşlığının dərinləşməsini müşahidə edirik”, - deyə o qeyd edib.

 

Ermənistanın iqtisadi durumunda müsbət yeniliklərin olmadığını deyən A. Martirosyan bu il əsas istehlak mallarının qiymətində iki dəfə artım müşahidə olunduğunu vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR