Bank Of Baku

Abxaziyada baş verən partlayış zamanı 2 rusiyalı ölüb

Abxaziyada baş verən partlayış zamanı 2 rusiyalı ölüb
# 03 avqust 2017 09:32 (UTC +04:00)

Avqustun 2-də Abxaziyada silah anbarında baş verən partlayış nəticəsində 2 Rusiya vətəndaşı ölüb.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə baş verərkən 3 rusiyalı həmin ərazidə at gəzintisində olub. Daha sonra iki nəfərin - Yelena Polyakova və Yelena Timofeyevanın meyitləri aşkar edilib. Onların hər ikisi Sankt-Peterburqdandır. Digər rusiyalı - Lüdmila Dmitriyeva isə xəstəxanaya çatdırılıb.

 

Qeyd edək ki, hadisə avqustun 2-də yerli vaxtla saat 16:30 radələrində Qudauta rayonunun Primorskoye yaşayış məntəqəsindəki silah anbarında baş verib. Partlayış nəticəsində 60 nəfər, o cümlədən 27 rusiyalı xəsarət alıb. Onların həyatları üçün təhlükə yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR