Bank Of Baku

Administrasiya rəsmisi: “Normand dördlüyü”nün görüşü daha 5-6 saat davam edə bilər

Administrasiya rəsmisi: “Normand dördlüyü”nün görüşü daha 5-6 saat davam edə bilər
# 12 fevral 2015 04:15 (UTC +04:00)

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti administrasiyası başçısının müavini Valeri Çalıy özünün “Facebook” səhifəsində yazıb.

 

“Danışıqlar davam edir. İlk yeddi saat ərzində geniş tərkibdə keçən görüş hazırda dörd liderin təkbətək danışıqları ilə davam edir. Təfərrüatlar barədə danışmaq hələ ki, tezdir. Çox güman ki, müzakirələr hələ ən azı 5-6 saat davam edəcək. Hesab edirəm ki, atəşkəs barədə razılaşma əldə edilmədən buranı tərk etmək olmaz”,  V.Çalıy qeyd edib.

 

Xatırladaq ki, fevralın 11-i axşam saatlarında Minskin İstiqlaliyyət sarayında Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin,  Fransa prezidenti Fransua Olland və Almaniyanın federal kansleri Angela Merkel arasında görüş başlayıb. Eyni zamanda, Belarusun paytaxtında Ukrayna üzrə təmas qrupu öz işini bərpa edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR