Bank Of Baku

Almazbek Atambayev: "Şüurlu şəkildə mehriban qonşuluq yolunu seçirik"

Almazbek Atambayev: "Şüurlu şəkildə mehriban qonşuluq yolunu seçirik"
# 23 dekabr 2014 16:12 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra dövlət başçılarının mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə Qırğızıstan prezidenti Almazbek Atambayev deyib.


"Həmin gün biz Böyük Vətən müharibəsində qələbənin 70 illiyini qeyd edəcəyik. Bu tarix mənim üçün olduqca vacibdir. Çünki, mənim atam Sovetlər İttifaqı üçün döyüşüb, heç fikirləşməyib ki, bizim ölkələrimizi hansısa postlar və sərhədlər ayıra bilər".
 

Qırğızıstan prezidenti dünyada sabitliyin qorunmasının vacibliyini də önə çəkib: "Respublikamız son 10 ildə çətin bir dövr yaşayıb. Ona görə də sülhün necə həssas olduğunu gözəl bilirik və şüurlu şəkildə mehriban qonşuluq yolunu seçirik".
 

A. Atambayev bildirb ki, Qırğızıstanla Avrasiya İttifaqı arasında imzalanan müqavilənin dekabrın 23-nə təsadüf etməsi simvolik xarakter daşıyır: "Dünən ilin ən qısa günü idi. Bu gündən isə günlər uzanmağa başlayır. İndi gün gecənin üzərində qələbə çalacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR