"MDB ölkələrində terrorçuların ələ alınması ilə məşğul olan internet resurslarının əksəriyyəti xaricdə fəaliyyət göstərir".
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu MDB Antiterror Mərkəzinin əməkdaşı Anton Arefyev bildirib.
Onun sözlərinə görə, sözügedən internet resurslarının 90 faizi xaricdən idarə olunur: "Bu məlumatlar Antiterror Mərkəzi tərəfindən bu ilin əvvəlində aparılan analizlər əsasında əldə olunub. Biz terror və ekstremizm xarakterli 1800-dək internet resursu analiz etmişik".