APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Arseniy Yatsenyuk deyib.
Onun sözlərinə görə, Rusiya ilə ticarət dövriyyəsinin həcmində ikiqat azalma olub: “Yaxın perspektivdə Rusiya Ukraynanın əsas ticarət tərəfdaşları siyahısından çıxacaq”.
Ukrayna Dövlət Fiskal Xidməti sədrinin müavini Anatoli Makarenko isə bildirib ki, idxal və icracda azalma olsa da, dekabr ayının əvvəlinə olan göstəricilərə görə, Rusiya 20 faizlik payla Ukraynanın ən əsas ticarət tərəfdaşıdır.