Bakı-APA. Fevralın 1-də Donetsk vilayətinin Debaltsevo şəhərində yerləşən atəşkəs rejiminə birgə əlaqələndirilmə və nəzarət mərkəzi atəşə tutulub.
APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, ATƏT müşahidəçilərinin növbəti hesabatında belə deyilir.
“Ukrayna silahlı qüvvələrinin yüksək rütbəli generalı ATƏT müşahidəçilərinə məlumatı təsdiqləyərək bildirib ki, Debaltsevoda yerləşən qərargah bir neçə dəfə “Qrad” qurğularından atəşə tutulub. İnsident nəticəsində 4 nəfər yaralanıb”, sənəddə deyilir.