Bank Of Baku

ATƏT: İlin əvvəlindən Donbasda 51 dinc sakin həlak olub

ATƏT: İlin əvvəlindən Donbasda 51 dinc sakin həlak olub
# 23 iyun 2017 18:46 (UTC +04:00)

İlin əvvəlindən Ukraynanın Donbas bölgəsində hərbi münaqişə nəticəsində 51 dinc sakin həlak olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Ukraynada Xüsusi Monitorinq Missiyası (XMM) rəhbərinin müavini Aleksandr Huq bəyan edib.

 

“Yanvarın 1-dən Xüsusi Monitorinq Missiyası  Donbasda 51 nəfərin həlak olduğu, 230 nəfərin yaralanmasını təsdiqləyib”, deyə A.Huq bildirib.

 

BMT-nin son hesablamalarına əsasən, 2014-cü ildən Ukraynanın cənub-şərqində davam edən silahlı münaqişə 10 mindən çox insanın həyatına son qoyub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR