Bakı. Məlahət Nəcəfova - APA. Mayın 21-22-də Minskdə MDB Dəmiryol Nəqliyyatı Şurasının 62-ci iclası keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə Belarus Dəmiryol Şirkətinin mətbuat xidməti xəbər yayıb.
Tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynadan nümayəndə heyətləri iştirak edəcək. Eyni zamanda təşkilata üzv olmayan Gürcüstan, Latviya, Bolqarıstan, Finlandiya, Litva, Estoniya və İrandan da nümayəndə heyətlərinin Belarusun paytaxtına gələcəyi gözlənilir. Görüş zamanı 2015-ci ilə əməkdaşlıq perspektivləri müzakirə ediləcək.
MDB Dəmiryol Nəqliyyatı Şurasının əvvəlki iclası ötən ilin oktyabrında Bakıda keçirilib.