Bank Of Baku

Dmitri Medvedev: "Rusiya hökuməti taxıl ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək"

Dmitri Medvedev: "Rusiya hökuməti taxıl ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək"
# 22 dekabr 2014 12:39 (UTC +04:00)

Bakı. Zümrüd  Paşayeva – APA. “Rusiya hökuməti taxıl ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək”.

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya baş naziri Dmitri Medvedev müavinləri ilə görüşü zamanı deyib.

 

“Hazırda taxıl ixracına məhdudiyyətlərin tətbiq olunması haqda düşünmək lazımdır. Əlbəttə ki, bu qərar iri ixracatçılarla razılaşdırılmış şəkildə həyata keçirilməlidir”, - deyə o vurğulayıb.

 

D. Medvedev taxıl emalı məhsulları, taxıl bazarındakı vəziyyəti tənzimləmək üçün çevik addımların atılmasının vacib olduğunu da qeyd edib.

 

Rusiya baş naziri məsələ ilə əlaqədar müavininə xüsusi təkliflər hazırlamaq tapşırığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR