Bakı – APA. Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə “normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) nümayəndələrinin görüşü başlayıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə diplomatik mənbələrdən bildirilib.
Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilir.