Bank Of Baku

BMT baş katibi: “Təşkilatın daha effektli olması üçün islahatlar aparılmalıdır”

BMT baş katibi: “Təşkilatın daha effektli olması üçün islahatlar aparılmalıdır”
# 01 iyun 2017 13:57 (UTC +04:00)

"BMT daha effektli və rentabelli təşkilat olmalıdır".

 

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu XXI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun açılış mərasimində çıxış edən BMT baş katibi Antonio Quttereş bildirib. 

 

“Beynəlxalq ictimaiyyət BMT-də islahatlar aparmalıdır ki, təşkilat daha effektli olsun və insanların tələblərinə, o cümlədən təhlükəsizlik sahəsində cavab verə bilsin. Çağırışlara reaksiya verməyi öyrənmişik. Mən hazırda təhlükəsizlik, inkişaf, idarəçilik sektorunda islahatlarla məşğulam ki, BMT münaqişələrin qarşısını ala bilsin, mövcud münaqişələri nizamlaya və dövlətləri beynəlxalq terrorçuluqla mübarizədə daha aktiv dəstəkləyə bilsin”, - deyə o qeyd edib. 
 

A. Quttereş ölkələri və biznes dairələrini məlum çağırışlara reaksiya verməyə çağırıb: “İnsanlar görməlidir ki, hökumətlər, beynəlxalq təşkilatlar bunlarla məşğul olur, onların qayğısına qalır. Bu, təşkilata olan inamın bərpa olunması üçün əsas alətdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR