Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Çin Xalq Respublikasının sədri Si Cinpini Kremldə salamlayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün V.Putinlə Si Cinpinin qeyri-rəsmi naharı baş tutacaq.
Çin lideri iyulun 3-də Rusiya paytaxtına ikigünlük rəsmi səfərə gəlib.