Bank Of Baku

Dağıstanda silahlı qrupun lideri məhv edilib - YENİLƏNİB

Dağıstanda  silahlı qrupun lideri məhv edilib - <span style="color: red;">YENİLƏNİB
# 14 avqust 2017 01:11 (UTC +04:00)

Rusiya Federasiyasının Dağıstan Respublikasının Xunzax rayonunun Orota kəndində aparılan xüsusi əməliyyat nəticəsində “Xunzax qruplaşması” adlanan qrupun lideri məhv edilib.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərinə görə, bu barədə Dağıstan üzrə əməliyyat qərargahından bildirilib.

 

“Xunzax rayonunun Orota kəndində keçirilən antiterror əməliyyatı nəticəsində təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən bir silahlı aşkarlanıb. Şübhəli şəxs polislərin təslim olmaq tələbinə tabe olmaqdan imtina edərək onlara atəş açıb. Cavab atəşi ilə silahlı məhv edilib. Zərərsizləşdirilən şəxsin “Xunzax qruplaşması” adlanan qrupun başçısı Hacımurad Hacıyev olduğu təsdiqlənib”, məlumatda deyilir. 

 

***

 

22:11

 

Dağıstanın Xunzax rayonunun kəndlərindən birində antiterror əməliyyatı rejimi tətbiq edilib.

 

APA-nın xəbərinə görə, bu barədə Dağıstan üzrə əməliyyat qərargahından bildirilib.

 

“Xunzax rayonunun Orota kəndində antiterror əməliyyat rejiminin tətbiq edilməsinə dair qərar qəbul olunub. Silahlılar və onların tərəfdarları axtarılır”, – məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR