Bank Of Baku

Dağıstanda silahlı şəxslər polis maşınına atəş açıblar, 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Dağıstanda silahlı şəxslər polis maşınına atəş açıblar, 2 nəfər ölüb, 2 nəfər yaralanıb
# 06 yanvar 2015 23:57 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 2 polis əməkdaşı həlak olub, daha iki nəfər isə yaralanıb.   

 

İnsident ötən gün yerli vaxt ilə saat 21 radələrində Xasavyurt-Oktyabrskoye avtomobil yolunda baş verib. “Lada Kalina” markalı avtomobildə olan silahlı şəxslər polislərin olduğu “VAZ 2199” markalı avtomobilə atəş açıblar, nəticədə 2 polis həlak olub, daha 2 nəfər isə yaralanıb.       

 

Məlumata görə, hadisədən dərhal sonra həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hücum edən şəxslərin avtomobili müəyyən edilərək saxlanılıb. Atışma zamanı 3 cinayətkardan biri öldürülüb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR