Dağıstanda 3,3 bal gücündə zəlzələ baş verib.
APA-nın “kavkaz-uzel.eu” saytına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Mahaçqala şəhərindən 51 km şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.