Bank Of Baku

Deputat: “Ermənistan ofşor zonasına çevrilə bilər”

Deputat: “Ermənistan ofşor zonasına çevrilə bilər”
# 05 fevral 2015 13:44 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ermənistan ofşor zonasına çevrilə bilər.

 

APA-nın “News.am”a istinadən məlumatına görə, bunu Ermənistan parlamentindəki “İrs” fraksiyasının katibi Tevan Poqosyan “Gəlir vergisi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

 

O qeyd edib ki, iri ixracatçılar üçün gəlir vergisinin 20 faizdən 2 faizə endirilməsi Ermənistanda istehsal adı altında (hökumətin razılığı ilə) saxta müəssisələrin açılmasına gətirib çıxara bilər.

 

T.Poqosyanın sözlərinə görə, aşağı faizli vergiyə hökumətlə razılaşdırılan, həcmi 50 milyard dramdan (105 milyon dollar) artıq olan ixracat proqramına malik və yalnız xarici bazarlarda çıxış edən şirkətlər iddia edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR