Bank Of Baku

Dmitri Medvedev: “Rusiya Mərkəzi Bankının yürütdüyü siyasət doğrudur”

Dmitri Medvedev: “Rusiya Mərkəzi Bankının yürütdüyü siyasət doğrudur”
# 14 yanvar 2015 11:54 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rubl azad konvertasiya olan valyuta olaraq qalır.

 

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev Qaydar forumunda çıxışı zamanı deyib.

 

Baş nazir Rusiya Mərkəzi Bankının hazırkı siyasətinin doğru olduğunu bəyan edib.

 

“Hakimiyyət rublun azad konvertasiyasından imtina etmək niyyətində deyil”, - deyə D. Medvedev bəyan edib.

 

“Əlbəttə kursu dondurmaq və bununla da “qara bazarı”nı canlandırmaq, idxalçılara təslim etmək olar. Yəni arayış üzrə məmurun iradəsindən və onunla dost münasibətdən asılı olaraq. Amma bütün bunlar bazarın ardıcıl məhv olması deməkdir”, - deyə baş nazir qeyd edib.


D. Medvedev etiraf edib ki, “indi bir çox şey rubla qarşıdır: neftin qiyməti də, sanksiyalar da”. Onun sözlərinə görə, rublun məzənnəsinin tərəddüdündən “şirkətlər də, banklar da və sözsüz ki, sıravi vətəndaşlar da” əziyyət çəkirlər.

 

“Buna baxmayaraq, hesab edirəm ki, Mərkəzi Bankın hal-hazırda yürütdüyü siyasət doğrudur. Biz valyuta ehtiyatlarını israf etmək istəmərik. Bizim rublun sabitliyini təmin etmək üçün kifayət qədər iqtisadi mexanizmlərimiz var. Üstəlik, hətta ən pis şəraitdə belə,  bizim milli valyuta kursunun balanslaşdırılması üçün əsas və fundamental faktor sayılan müsbət ödəniş balansımız qalacaq”, - deyə  D.Medvedev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR