Bank Of Baku

Donbassda son sutka ərzində 97 Ukrayna əsgəri ölüb və yaralanıb

Donbassda son sutka ərzində 97 Ukrayna əsgəri ölüb və yaralanıb
# 11 fevral 2015 08:47 (UTC +04:00)

Bakı – APA. Son sutka ərzində Donbassda gedən döyüşlərdə 19 Ukrayna hərbçisi həlak olub, 78-i yaralanıb. APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Vladislav Seleznyov açıqlayıb. “Atəş və qarşılıqlı toqquşmalar zamanı Ukrayna 19 hərbçisini itirib. Onlardan 17-si ordunun, 2-si Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Müxtəlif güc strukturlarının 78 əməkdaşı müxtəlif dərəcəli yaralarla xəstəxanalara çatdırılıb”, - deyə o, söyləyib.

 

Antiterror qərargahının sözçüsü Anatoli Stelmax isə sutka ərzində separatçı qüvvələrin məruz qaldığı itkiləri açıqlayıb. O, 87 separatçının və onlara məxsus 42 ədəd hərbi texnikanın məhv edildiyini bildirib. Məhv edilən hərbi texnikanın 12-si tank, 16-sı zirehli maşın və 14-ü reaktiv atəş sistemləridir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR