APA-nın “Rezonansi” qəzetinə istinadən verdiyi məlumata görə, fevralın 3-də Donetskdə baş vermiş silahlı toqquşma zamanı Ukrayna hökumətini dəstəkləyən könüllü gürcülərdən ibarət batalyon Çeçenistan rəhbəri Ramzan Kadırova sadiq olan və separatçılar tərəfində vuruşan silahlı dəstənin 13 üzvünü öldürüb.
Gürcülər tərəfdən isə itki olmayıb, “Doktor” ləqəbli döyüşçü yaralanıb. Onun ikinci dəfə kontuziya aldığı bildirilir.
Qeyd edək ki, bu günə kimi Ukraynada gedən döyüşlərdə iki Gürcüstan vətəndaşı – Aleksandr Qriqolaşvili və Tomaz Suxiaşvili ölüb, könüllü döyüşən 6 Gürcüstan vətəndaşı isə yaralanıb.
Hazırda Ukraynada hökumət qüvvələri tərəfində 40-dək Gürcüstan vətəndaşının döyüşdüyü məlumdur.