Bank Of Baku

Prezident: "Donetsk hava limanında baş verən döyüşdə 14 separatçı məhv edilib"

Prezident: "Donetsk hava limanında baş verən döyüşdə 14 separatçı məhv edilib"
# 29 dekabr 2014 15:57 (UTC +04:00)

Bakı – APA. Donbassda atəşkəs barədə razılığa baxmayaraq, bu gün Donetsk hava limanında Ukrayna əsgərləri ilə separatçılar arasında toqquşma baş verib. APA-nın UNİAN-a istinadən yaydığı xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko keçirdiyi mətbuat konfransının gedişində məlumat verib. O, Donetsk aeroportuna hücum olunduğunu açıqlayıb: “Döyüş 10 dəqiqə əvvəl yekunlaşıb. Hərbçilərimiz hücumu dəf ediblər. 3 hərbçimiz həlak olub. Hücum edən silahlılardan 14-ü öldürülüb, 1-i əsir götürülüb”.   

 

Qeyd edək ki, Donetsk hava limanı Ukrayna ordusunun nəzarətindədir və hazırda Donbassda ən qaynar nöqtə sayılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR