APA-nın “RİA Novosti”yə istindən verdiyi məlumata görə, “Donetsk Xalq Respublikası” separatçı rejiminin qərargah rəisinin müavini Eduard Basurin ötən sutka ərzində 24 döyüşçü itirdiklərini bildirib: “Bu gün biz şəxsi heyət arasında ən çoxsaylı itkiləri vermişik. 24 nəfər həlak olub, 30 nəfər yaralanıb”.
E. Basurin son sutka ərzində Ukrayna tərəfdən ölən və yaralananların sayının 50-yə yaxın olduğunu iddia edib.