Bank Of Baku

Ərdoğan Rusiyanın “Su-24” təyyarəsinin vurulmasını “qara kölgə” adlandırıb

Ərdoğan Rusiyanın “Su-24” təyyarəsinin vurulmasını “qara kölgə” adlandırıb
# 09 avqust 2016 23:58 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan  2015-ci ilin noyabrında Rusiyanın “Su-24” bombardmançı  təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarəsi tərəfindən vurulmasını “qara kölgə” adlandırıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ərdoğan Rusiya və Türkiyənin işgüzar dairələrinin Sankt Peterburqda keçirilən görüşündə bildirib. 

 

“Sizin hamınıza məlumdur ki, 2015-ci ilin noyabrın 25-də baş vermiş faciəvi hadisə sanki qara kölgə oldu”, - deyə Ərdoğan bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR