Bank Of Baku

Ermənistan Rusiya tərəfi ilə Valeri Permyakovun video çəkilişinə dair razılığa gəlib

Ermənistan Rusiya tərəfi ilə Valeri Permyakovun video çəkilişinə dair razılığa gəlib
# 15 yanvar 2015 21:29 (UTC +04:00)

APA-nın “NEWS.am”-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin deputatı Zarui Posandjyan ölkə prokuroru Qevork Kostanyanla aparılan danışıqların yekunlarını açıqlayarkən bildirib.

 

Onun sözlərinə görə,  deputat və aksiya iştirakçısı olmaqla Ermənistanın 2 nümayəndəsinə Rusiyanın 102 saylı hərbi bazasının ərazisinə girməyə imkan yaradılacaq. Burada onlar Valeri Permyakovun Ermənistan ərazisində olmasında əmin olmaq üçün  video çəkiliş aparacaqlar.

 

Qeyd edək ki, Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun  işi üzrə istintaqın gedişatından narazı olan və qatilin Ermənistandan Rusiyaya ötürüldüyünü güman edən etirazçılar və polis arasında toqquşmalar baş verib. Nəticəsində 3-ü polis olmaqla 12 nəfər xəsarət alıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR