Ermənistanda rüşvət almaqda şübhəli bilinən hakim saxlanılıb. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb. Vayotsdzor və Ararat vilayətlərinin məhkəmələrinin hakimi Levon Arazyan mayın 11-də rüşvət aldıqdan sonra Milli Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həbs olunub. Faktla başlı cinayət işi başladılıb.
Materiallara əsasən hakim hökm cərimə şəklində vermək üçün 600 dollar tələb edib. Razılaşmaya əsasən pul hökmdən bir neçə gün sonra verilməli idi. Rüşvət Araratın Vedi şəhərindəki məhkəmənin binasında təqdim edilib.