Ermənistanın Armavir vilayət qubernatoru müşavirinin öldürülməsinin yeni təfərrüatları üzə çıxıb.
APA-nın “vestikavkaza.ru” saytına istinadən verdiyi xəbərə görə, məmurun həyat yoldaşı və oğlu tərəfindən öldürüldüyü məlum olub.
Hadisə iyulun 20-də baş verib. 47 yaşlı qadın Manuk Simonyanın başına balta ilə bir neçə dəfə zərbə vuraraq onu öldürüb. Sonra qadın meyiti mələfəyə qoyub, kəndirlə bağlayıb və 23 iyul saat 04:00 radələrində mərhuma məxsus "Mercedes Benz" markalı avtomobiilə Dalarik kəndinə aparıb. Qadın bunu etmək üçün 23 yaşlı oğlunu köməyə çağırıb.
Ana və oğul saxlanılıb.