APA-nın “armtoday.info” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq xarici işlər naziri, deputat Vardan Oskanyan bəyan edib.
Onun sözlərinə görə, hətta qonşu İranla olan proqram kağız üzərində qalıb: “Biz Rusiyanın hörmətini və Qərbin etimadını itirmişik. Yeganə yol hakimiyyətin dəyişməsidir. Xalqın səbri tükənib”.
Ermənistanın 2015-ci ilə qərarsızlıq və dərinləşməkdə olan problemlərlə başladığını deyən V. Oskanyan qeyd edib ki, 2014-cü il hakimiyyətin dəyişməsini istəyən siyasi qüvvələrin birləşməsi baxımından bənzərsiz olub.
“Ermənistan hakimiyyəti ölkədə heç nəyi dəyişməyə cəhd etmir, çünki öz maraqlarına xələl gətirmək istəmir”, - deyə o vurğulayıb.