Bank Of Baku

Ermənistanda polis və etirazçılar arasında toqquşmalar baş verib, 12 nəfər xəsarət alıb- FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Ermənistanda polis və etirazçılar arasında toqquşmalar baş verib, 12 nəfər xəsarət alıb- <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 15 yanvar 2015 19:40 (UTC +04:00)

 APA-nın “Novosti Armenii” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Gümrü Tibb Mərkəzinin müdiri Armen İsaakyan bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan 8 nəfərə tibbi yardın göstərilib. Hazırda mərkəzdə 3-ü polis olmaqla 4 nəfər var. İsaakyan xəsarət alanlardan iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib. Onların kəllə-beyin travması aldığı bildirilir.

Qeyd edək ki, etirazçılar Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun Ermənistana təhvil verilməsini tələb edirlər.

 

 

**** 22.03

 

Bakı-APA. Ermənistanın Gümrü şəhər prokurorluğu binasının qarşısında polis qüvvələri və etirazçılar arasında toqquşmalar başlayıb, xəsarət alanlar var.   APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə  görə, polis aksiyanın dağıdılması üçün xüsusi vasitələrdən – işıq-səs qumbaralarından istifadə edir. Məlumata görə, hər iki tərəfdən xəsarət alanlar var.

 

NEWS.am-ın məlumatına görə, gərgin vəziyyət həmçinin Rusiyanın Gümrüdəki konsulluğu qarşısında müşahidə olunur. Bina polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun  işi üzrə istintaqın gedişatından narazı olan etirazçılar polis əməkdaşlarını daş-qalaq edərək binaya yaxınlaşmağa cəhd edirlər. Məlumata görə, saxlanılanlar var. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR