Bank Of Baku

Gümrüdə rus hərbçinin yaraladığı 6 aylıq uşaq ölüb

Gümrüdə rus hərbçinin yaraladığı 6 aylıq uşaq ölüb
# 19 yanvar 2015 14:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

 

Qeyd edilir ki, yerli və xarici həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.

 

6 aylıq S. Avetisyanda ürək-damar, ciyər və böyrək çatışmazlığı əmələ gəlib. Nəticədə bu faktorlar uşağın ölümünə səbəb olub.

 

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR