Bank Of Baku

Gümrüdə Rusiya Baş Konsulluğunun binasına doğru avtoyürüş təşkil edilib, Rusiya bayrağı tapdalanıb - FOTOSESSİYA

Gümrüdə Rusiya Baş Konsulluğunun binasına doğru avtoyürüş təşkil edilib, Rusiya bayrağı tapdalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 14 yanvar 2015 13:58 (UTC +04:00)

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, aksiyada yüzlərlə sakin iştirak edir. Onlara İrəvandan gələn ictimai fəallar da qoşulub.

 

Yüzlərlə avtomobil Gümrüdəki 8 saylı hərbi şəhərcikdən Rusiya Baş Konsulluğuna istiqamət götürüb. Yürüş iştirakçıları Rusiyadan Gümrüdə Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirmiş hərbçi Valeri Permyakovu Ermənistana təhvil verməyi tələb edirlər. İştirakçılardan bəziləri Rusiya bayrağını tapdalayıb.

 

Qeyd edək ki, qətl hadisəsi yanvarın 12-də Gümrüdə, Avetisyan ailəsinin evində baş verib. Qatilin Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov olduğu sübuta yetirilsə də, hərbçi Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməyib və istintaq müştərək aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR