Bank Of Baku

Gümrüdə rusiyalı hərbçini qətlə yetirən şəxs psixi problemlərinə görə ordudan tərxis olunub

Gümrüdə rusiyalı hərbçini qətlə yetirən şəxs psixi problemlərinə görə ordudan tərxis olunub
# 23 aprel 2017 03:58 (UTC +04:00)

Ermənistanda rusiyalı hərbçinin qətlində şübhəli bilinən 20 yaşlı şəxs  bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız  hesab edilib.     

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Ermənistanın İstintaq Komitəsindən bildirilib.  

 

“İlkin istintaq tədbirləri zamanı şübhəli şəxsdə müəyyən psixi problemlərin olduğu müəyyən edilib. Belə ki o, 2016-cı ilin noyabrında orduda xidmətdə olarkən bir neçə dəfə özünə xəsarət yetirib və müayinə olunması üçün Ermənistan Müdafiə Nazirliyinin İrəvan qarnizon hospitalının psixiatrik şöbəsinə yerləşdirilib. Məhkəmə-psixiatrik ekspertiza təyin edilmişdi”, - deyə qurumdan bildirilib.  

 

Martın əvvəlində ekspertiza həmin şəxsdə müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.    

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR