Bank Of Baku

Gürcüstan hökuməti Ukraynada hökumətin tərəfində döyüşən Gürcüstan vətəndaşlarına heç bir cəza tətbiq olunmayacağını açıqlayıb

Gürcüstan hökuməti Ukraynada hökumətin tərəfində döyüşən Gürcüstan vətəndaşlarına heç bir cəza tətbiq olunmayacağını açıqlayıb
# 30 yanvar 2015 09:49 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ukraynada hökumət qoşunlarının tərkibində döyüşən Gürcüstan vətəndaşlarına qanunla heç bir cəza tətbiq olunmayacaq. APA-nın “Qruziya Online” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan daxili işlər nazirinin müavini Levan İzoriya jurnalistlərə açıqlamasında bildirib.

 

Nazir müavini deyib ki, xaricdə silahlı qruplaşmalarda iştiraka və onlarla əməkdaşlığa görə qanunla nəzərdə tutulan və Gürcüstan Cinayət Məcəlləsinə əlavə olunacaq maddələr Ukrayna qanunları çərçivəsində təşkil olunmuş silahlı birləşmələrə könüllü qatılan Gürcüstan vətəndaşlarına şamil edilməyəcək.

 

Qeyd edək ki, hazırda Ukraynada 100-dən çox Gürcüstan vətəndaşı hökumət qoşunlarının tərəfində vuruşur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR