Bank Of Baku

İrəvanda polis binasını zəbt edən silahlı qrupun rəhbəri həbs edilib - YENİLƏNİB

İrəvanda polis binasını zəbt edən silahlı qrupun rəhbəri həbs edilib - <span style="color: red;">YENİLƏNİB
# 31 iyul 2016 13:10 (UTC +04:00)

Bakı-APA. “Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrupun rəhbəri Pavel Manukyan həbs edilib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu P. Manukyanın vəkili İnessa Petrosyan açıqlayıb.

 

Məhkəmə P.  Manukyan barədə 2 ay həbs qərarı verib və bu müddət ərzində məhkumlar üçün nəzərdə tutulmuş xəstəxanada saxlanılacaq. Erebunidəki tibbi mərkəzdən məhkəmə zalına xərəkdə aparılan P. Manukyan məhkəmədə deyib ki, hər hansı şəxsi ambisiyası yoxdur. O,  oğlunun da həyatını təhlükə altına qoyaraq xalqının gələcəyi üçün polis binasının zəbt edilməsi ilə əlaqədar addımı atdığını bildirib.

 

Qeyd edək ki, P. Manukyan Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrupun faktiki rəhbəridir. P. Manukyan və oğlu Aram Manukyan iyulun 27-də polislə atışma zamanı yaralanıb. A. Manukyan da xəstəxanada əməliyyat edildikdən sonra həbs edilib.

 

***

 

14.23

 

Bakı-APA. “Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atışma davam edir.

 

APA-nın məlumatına görə, Ermənistan hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfaks” agentliyinin əməkdaşına bildirib ki, gecədən indiyə qədər polkun binasında olan silahlı qrupun 2 üzvü polisə təslim olub.

 

İki silahlı isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

 

Hələ rəsmi açıqlama verilməsə də, böyük ehtimalla Ermənistanın güc strukturları zəbt edilən polis binasında əməliyyat aparır. 

 

***

 

saat 14.05

 

Bakı-APA. “Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atəş səsləri eşidilir.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, baş verən olayla bağlı hələ rəsmi informasiya yoxdur.

 

Hadisə yerində olan “RİA Novosti” əməkdaşı bildirib ki, hazırda polis binasına gedən yolu əhatəyə alan polislər arasında hər hansı fəallıq müşahidə olunmur.

 

Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib. İndiyə qədər atışma nəticəsində 2 polis əməkdaşı öldürülüb. Onlar Ermənistan prezidenti Serj Sərkisyanın istefa verməsini, həbsdə olan təşkilatın lideri və “Təsis parlamenti”nin  sədri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Bu gün silahlılar bir neçə gün girov saxladıqları həkim briqadasını da azadlığa buraxıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR