Bank Of Baku

Ermənistan Prezident Administrasiyasına yürüş olacaq

Ermənistan Prezident Administrasiyasına yürüş olacaq
# 14 yanvar 2015 12:18 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Ermənistanda Prezident Administrasiyasının binası qarşısına yürüş olacaq.

 

APA-nın “Armtoday”ə istinadən verdiyi məlumatına görə, Gümrüdə rus hərbçisi tərəfindən törədilən qətl hadisəsi ilə əlaqədar bu gün İrəvanda Azadlıq meydanından Prezident Administrasiyasının binasına yürüş təşkil ediləcək. Təşkilatçıların əsas tələbi rus hərbçisi tərəfindən qətlə yetirilən Avetisyan ailəsinin xatirəsinə ölkədə matəm elan olunması, həmçinin cinayətin təhqiqatının Ermənistanda aparılmasıdır. Təşkilatçılar vurğulayıb ki, Rusiya cinayətkarı Ermənistana təhvil verməli və işə Ermənistan məhkəməsi baxmalıdır.

 

Daha sonra yürüş iştirakçıları Azadlıq meydanına qayıdacaq. Saat 19:00-da meydanda cinayət qurbanlarının xatirəsinə şam yandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR