Bank Of Baku

İrəvanda baş verən atışma nəticəsində polis əməkdaşı yaralanıb

İrəvanda baş verən atışma nəticəsində polis əməkdaşı yaralanıb
# 29 iyul 2016 23:13 (UTC +04:00)

Bakı-APA. İrəvanda silahlı qrupun zəbt etdiyi post-patrul alayının binası ərazisindən açılan atəş nəticəsində  polis əməkdaşı yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

 

“Post-patrul alayının ərazisindən açılan atəş nəticəsində bir polis əməkdaşı yaralanıb. O, xəstəxanaya yerləşdirilib”, A. Aqaronyan özünün “Feysbuk” səhifəsində yazıb.

 

Bundan əvvəl A.Aqaronyan bildirmişdi ki, hüquq-mühafizə orqanlarının tələblərinə baxmayaraq, post-patrul alayının ərazisində olan silahlı qrup vaxtaşırı atəş açmaqda davam edir, polis cavab atəşi açır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR