Bank Of Baku

İrəvanda hökumət binası qarşısında ticarətçilərin etiraz aksiyası keçirilir

İrəvanda hökumət binası qarşısında ticarətçilərin etiraz aksiyası keçirilir
# 26 yanvar 2015 13:02 (UTC +04:00)

APA-nın “News.am” a istinadən verdiyi məlumata görə, Ermənistan Nazirlər Kabinetinin qarşısında toplaşan etirazçılar “Dövriyyə vergisi” haqqında qanunla bağlı narazılıqlarını ifadə ediblər.

 

Baş nazir Ovik Abramyan 10 nümayiş iştirakçısı ilə görüşməyi təklif etsə də, nümayişçilər bu təklifdən imtina ediblər və baş nazirin “aşağı düşüb onlarla görüşməsini” tələb ediblər.

 

Mitinq zamanı aşağı düşən məmurlar nümayişçilər tərəfindən fitə basılıb, lakin sonra bəzi QHT nümayəndələri hökumətlə danışıqlara hazır olduqlarını bildiriblər. Görüş hələ baş tutmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR