İrəvan Polis İdarəsinin Post Patrul Xidməti alayının komandir müavini Akop Mkrtçyan bıçaqlanıb.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə bu gecə baş verib. Davanın qarşısını almaq istəyən mayor bıçaq xəsarəti alıb. Onu qardaşı ağır vəziyyətdə xəstəxanaya çatdırıb, üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Akop Mkrtıçyan bu vəzifəyə yeni təyin olunub. Ondan əvvəl bu vəzifəni Artur Vanoyan “Sasna tsrer” qrupunun üzvləri tərəfindən Post Patrul Xidməti alayına hücum zamanı öldürülüb.