Kamçatka sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okeanda, Rusiyanın Petropavlovsk-Kamçatsk şəhərindən 120 km aralıda, ocağı isə 33 km dərinlikdə yerləşib.
Yaşayış məntəqələrində zəlzələ 2 bal gücündə hiss olunub.
Dağıntı və zərərçəkən yoxdur. Sunami təhlükəsi elan olunmayıb.