Rusiyanın Kamçatka sahilləri yaxınlığında 4,4 bal gücündə zəlzələ baş verib.
APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 113 km cənubi-şərqdə, ocağı isə 18 km dərinlikdə yerləşib.
Rusiya Federasiyası Fövqəladə hallar nazirliyi Kamçatka diyarı üzrə baş idarəsinin mətbuat xidmətinin açıqlamasına görə, yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunub. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı elan edilməyib.