Bank Of Baku

Kamçatka sahillərində zəlzələ olub

Kamçatka sahillərində zəlzələ olub
# 04 sentyabr 2017 04:23 (UTC +04:00)

Rusiyanın Kamçatka sahilləri yaxınlığında  4,0 bal gücündə zəlzələ baş verib.

 

APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sakit okeanda, Petropavlovsk-Kamçatsk şəhərindən 116  km cənubi-şərqdə, ocağı isə 49 km dərinlikdə yerləşib.

 

Rusiya Federasiyası Fövqəladə hallar nazirliyi Kamçatka diyarı üzrə baş idarəsinin mətbuat xidmətinin açıqlamasına görə, yeraltı təkanlar yaşayış məntəqələrində hiss olunmayıb. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı elan edilməyib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR