Bank Of Baku

Kiyevdə Ali Radanın deputatı qəzaya düşüb

Kiyevdə Ali Radanın deputatı qəzaya düşüb
# 15 iyun 2017 00:25 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyevdə ağır yol qəzası baş verib.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, Ali Radanın deputatı Oleq Barnanın idarə etdiyi “Škoda” markalı avtomobil tramvaya çırpılıb.

 

Zərbənin gücündən relsdən çıxan tramvayın şüşələri sınıb. Qəza baş verdikdə tramvayda sərnişin olmayıb. “Pyotr Poroşenko bloku” partiyasının üzvü  O.Barna xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə hələ ki, məlumat verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR