APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, hazırda təkbətək danışıqlar davam edir.
Məlumata görə, nümayəndə heyətləri danışıqlar keçirilən məkanı hələ ki tərk etməyiblər.
Görüş dörd saat davam edib. Görüşdən sonra heç bir bəyanat səsləndirilməyib.
Qeyd edək ki, fevralın 6-da Moskvada Fransa və Almaniya liderlərinin Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.
Bundan əvvəl Pyotr Poroşenko danışıqların nəticəsi kimi atəşkəsin bərqərar olmasına ümid etdiyini bildirib.
Məlumata görə, “Merkel-Olland planı” Donbasdan ağır texnikanın çıxarılmasını, əsirlərin mübadiləsini və bölgəyə muxtariyyət verilməsini nəzərdə tutur.