Bank Of Baku

Krasnodarda İkinci Dünya Müharibəsində həlak olmuş azərbaycanlı əsgərin qəbri tapılıb

Krasnodarda İkinci Dünya Müharibəsində həlak olmuş azərbaycanlı əsgərin qəbri tapılıb
# 03 iyul 2017 14:10 (UTC +04:00)

İkinci Dünya Müharibəsində həlak olmuş azərbaycanlı əsgərin qəbri tapılıb. APA-nın “nrnews.ru”ya istinadən verdiyi məlumata görə, Əbdül Heydər oğlu Orucəliyev 1943-cü ildə döyüşlər zamanı Krasnodar vilayətinin Slavyansk rayonunda Neşadimovski kəndində həlak olub. Yerli sakin Akulina Savçenko öz qızı ilə bilikdə adını bilmədikləri əsgəri dəfn ediblər. Onun qızı bu illər ərzində naməlum əsgərin qəbrini qoruyub. Aparılan axtarışlar nəticəsində bu il həmin şəxsin kimliyi məlum olub və daha sonra onun kənddə kütləvi məzarlıqda dəfn olunması qərara alınıb. Dəfn mərasimində rayonun rəsmi şəxsləri iştirak edib.

Əbdül Orucəliyevin tapılması və dəfni barədə Azərbaycana məlumat göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR