Bank Of Baku

Kreml: Rusiya və ABŞ hərbçiləri arasında əlaqə kanalı aktivdir

Kreml: Rusiya və ABŞ hərbçiləri arasında əlaqə kanalı aktivdir
# 12 aprel 2018 11:52 (UTC +04:00)

Kreml: Rusiya ABŞ-ın Suriya ilə bağlı bəyanatlarını diqqətlə izləyir
 
"Rusiya ABŞ-ın Suriya ilə bağlı bəyanatlarını diqqətlə izləyir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
 
"Rusiya Vaşinqtondan gələn bəyanatları diqqətlə izləyir. Əvvəlki kimi hesab edirik ki, Suriyada gərginliyin artmasına səbəb olacaq hansısa addımlardan qaçmaq lazımdır. Hesab edirik ki, bu, Suriya münaqişəsinin nizamlanması ilə bağlı bütün prosesə destruktiv təsir edə bilər", - deyə D. Peskov Suriyada mümkün hərbi əməliyyatların qarşısını almaqla bağlı Rusiyanın planının olub-olmaması haqda suala cavabında bildirib. 
 
Kreml sözçüsü Rusiya və ABŞ arasında hərbi kanalın fəaliyyəti ilə bağlı sualı da cavablandırıb: "Rusiya və ABŞ-ın hərbçiləri arasında əlaqə kanalı var və bu xətt aktiv vəziyyətdədir. Hər iki tərəf bu kanaldan istifadə edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR