Bank Of Baku

Kseniya Sobçak: “Prezident seçkilərində namizədliyimi Navalnının xeyrinə geri götürməyə hazıram”

Kseniya Sobçak: “Prezident seçkilərində namizədliyimi Navalnının xeyrinə geri götürməyə hazıram”
# 18 oktyabr 2017 21:09 (UTC +04:00)

Rusiyada 2018-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edən televiziya aparıcısı Kseniya Sobçak namizədliyini müxalifətçi Aleksey Navalnının xeyrinə geri götürməyə hazır olduğunu bildirib.

 

APA-nın xəbərinə görə, bu barədə K.Sobçak “Dojd” telekanalına müsahibəsində deyib.

 

“Əgər Navalnının namizədliyini qeydə alsalar, öz namizədliyimi geri götürmək də daxil olmaqla, onunla müxtəlif variantları müzakirə etməyə hazıram”, - deyə K.Sobçak vurğulayıb.

 

O, həmçinin, hakimiyyətdən A.Navalnının 2018-ci ilin prezident seçkilərinə buraxılmasını tələb edəcəyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR