Bank Of Baku

Lavrov-Mogerini görüşündə sanksiyalar müzakirə olunub

Lavrov-Mogerini görüşündə sanksiyalar müzakirə olunub
# 24 aprel 2017 13:21 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) tərəfindən 2014-cü ildə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar bu gün Moskvada Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasındakı görüşdə müzakirə olunub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə S. Lavrov görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib. "Biz özümüz sanksiyalar məsələsinə toxunmuruq, bu məsələ istər-istəməz açılır. Çünki sanksiyalar Avropa İttifaqı ilə münasibətlərimizi təyin edən süni problemlərin bir hissəsidir", - deyə nazir söyləyib. 
 
Rusiya XİN başçısı ikitərəfli münasibətlərdəki problemlərin müzakirəsinin vacibliyini qeyd edib: "Sistemli problem olmasına baxmayaraq, bizim danışıqlar aparmaq istəyimiz var. Ümid edirik ki, baş verənlər sağlam qiymətləndiriləcək. Bütün hallarda biz qonşuyuq. Ən yaxşısı problemləri müzakirə etməkdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR