Bank Of Baku

Lavrov: "Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyilik"

Lavrov: "Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyilik"
# 06 iyun 2017 13:30 (UTC +04:00)

"Rusiya Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyil".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov slovakiyalı həmkarı Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında bildirib. 
 

"Rusiya Balkan ölkələrinin, o cümlədən Monteneqro və Makedoniyanın Avropa iqtisadi inteqrasiyasının bir hissəsinə çevrilməsinə qarşı deyil. Biz buna qarşı deyilik və ola da bilmərik", - deyə Rusiya XİN başçısı vurğulayıb.
 

Lavrovun sözlərinə görə, bu coğrafiyanın vahid iqtisadi mexanizm, bazar və ümumi iqtisadi məkana daxil olması təbiidir: “Ümid edirik ki, bu iqtisadi məkan nə vaxtsa Avrasiya qitəsinin qalan hissəsi ilə bərabər olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR