Bank Of Baku

Lavrov və Tillerson arasında telefon danışığı olub

Lavrov və Tillerson arasında telefon danışığı olub
# 05 may 2017 20:08 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

 

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

 

"Diqqət mərkəzində Suriya nizamlanması olub. Mayın 3-4-də Astanada keçirilmiş beynəlxalq görüşdən sonra Suriyada gərginliyin azalması, atəşkəs rejiminin  dayanıqlı rejimə keçirilməsi, terrora qarşı səylərin artırılması müzakirə olunub”, məlumatda deyilir.

 

Tərəflər həmçinin gələcək Rusiya-ABŞ təmasları barədə razılığa gəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR