Mahaçqalada Rusiyanın Xəzər donanmasının təlimləri başlayıb.
APA-nın “kavkaz-uzel.eu” saytına istinadən verdiyi məlumata görə, iki həftə davam edəcək təlimlər Çeçen adasında keçirilir.
Təlimlərdə məqsəd döyüş tapşırıqlarını icra etməklə, donanmanın döyüş hazırlığını yüksəltməkdir.